Bizim ofisimiz
burada
Müvafiq dili seçın
azruen

PARTNYORLAR



Brend məhsullarımız dünyanın 20 ölkəsindən idxal edilir

 Şirkətimiz dünyanın 20 ölkəsi ilə partnyorluq edir. 20 illik iş təcrübəmiz, etibarlılığımız, sadiqliyimiz, şirkətimizin apardığı düzgün siyasət və vaxtında verdiyi dəqiq qərarlar bizlərə yeni biznes ortaqlarını cəlb etməyə kömək edir. Şirkət günü-gündən  inkişaf edərək, dövrün tələblərinə uyğun, müasir standartlara cavab verən brendlərin daxili bazarda geniş ticarət şəbəkəsini qurmuş və distributor şirkəti olaraq hazırda yeni məhsulların  respublikamıza idxal olunması üzərində işlər aparır. İdxalat sahəsində uzun illərin intensiv əməyi nəticəsində  qazanılmış təcrübə “Carçıoğlu Group” -a imkan verir ki,öz tərəfdaşlarına qarşılıqlı,sərfəli əməkdaşlıq şərtləri təklif etsin və onların tələb və istəklərinə olduqca diqqətlə yanaşsın. Düşünürük ki, bazar iqtisadiyyatı şəraitində qurduğumuz əməkdaşlıqlar partnyorlarımızın rəğbətini qazanmaqda bizə köməklik edəcək və onların sayını  ildən-ilə artıracaqdır.

contact

Bizimlə əlaqə

>