Müvafiq dili seçın
azruen

"Carçıoğlu Qrup" MMC

   “Carçıoğlu Qrup ” MMC bir distributor kimi qısa müddət ərzində Azərbaycan bazarında öz mövqeyini tutub və bu sahədə gördüyü işləri uğurla davam etdirməkdədir. Şirkətimiz dünyanın 20 ölkəsindən idxal etdiyi məhsulları paytaxtımızın və respublikamızın bütün satış şəbəkələrinə paylaşdırır.


   Biz qida sektorunda aparıcı distributor şirkətlərindən biri olaraq, insanları keyfiyyətli məhsullarla təmin edirik. Müştərilərimizin məmnuniyyətini və rəğbətini qazanmaq şirkətimiz üçün vacib amillərdən biridir. Əsas məqsədimiz şirkətin fəaliyyət sahəsini inkişaf etdirmək, xidmət sahəsini genişləndirmək, müştərilərin və tərəfədaşların sayını artırmaqdır. Şirkət öz müştərilərinin dəyərini bilir və çalışır ki, hər bir müştəri onun göstərdiyi xidmətlərindən faydalana bilsin.


   Əməkdaşlıq etdiyimiz şirkətlər Amerika, Rusiya, Türkiyə, Almaniya, Avstriya, və s. ölkələrdir. Hal-hazırda şirkət sizlərə 20-yə yaxın dünya brendini və 1000-ə yaxın məhsul çeşidini təqdim edir. Dünyaca məhşur olan “Efes”, “Miller”, “Corona Extra”,  “Krombacher”, " Russkiy Standart", "Zelennıy Marka" və s. içki brendləri kifayət qədər tanınır və sevilir.

   Eyni zamanda şirkətimiz yerli araqların və şərabların satışını da təşkil edir. Biz yerli istehsala çox önəm veririk. Günü-gündən artan yerli malların istehsalı çeşidlərimizin artımına səbəb olacaq. Tezliklə yerli və əcnəbi malların yeni çeşidlərinin bazara gətirmək üçün daima üzərimizdə çalışırıq.


   Şirkətimizdə çalışan professional işçi heyəti müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də tam xidmət göstərməklə daima yeni brendlərin və keyfiyyətli məhsulların Sizlərə təklif və təqdim olunması üçün əlindən gələni edir.


   Arzu edirik ki, bizim idxal etdiyimiz məhsullar Sizlərin ürəyincə olub, daima süfrələrinizi bəzəsin. Müştəri məmnuniyyəti bizlər üçün çox əhəmiyyətli və vacibdir. Sizlərə xidmət göstərmək arzusu ilə “Carçıoğlu Qrup” MMC.

   Biz, sizlərə ekoloji cəhətdən təmiz qida məhsullarını təqdim edir, sağlam həyat arzulayırıq.

 

 

 

 

contact

Bizimlə əlaqə