Bizim ofisimiz
burada
Müvafiq dili seçın
azruen

Əsası 1997-ci ildə qoyulmuş “Carçıoğlu Aqro MMC" qeyri-neft sektorunda lider şirkətlərdən biridir. Şirkət Azərbaycan iqtisadiyyatının ən vacib sektorlarından biri olan kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Son illər ölkəmizdə neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradılmışdır. Xatırladaq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlum olduğu kimi, dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmişdir. Münbit torpaq, suyun bolluğu və iqlim müxtəlifliyi kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır.

   Hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmişdir. Biz də bu sahədə ixtisaslaşmış bir şirkət kimi öz əlimizdən gələni əsirgəmirik.

   Şirkət - Qazax rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görür. Əhalinin ərzağa olan daxili tələbatını ödəmək üçün rayonda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılır və bu proses indi də davam etdirilir. 

   Geniş torpaq sahələrinə malik olan şirkət - üzüm növlərinin yetişdirilməsi, fındıq bağlarının salınması və tərəvəzlərin (kartof, soğan, kələm və s.) becərilməsi, istehsalı, emalı və satışı ilə məşğul olur. İstehsal etdiyimiz bütün məhsullar qabaqcıl, yüksək texnologiyalı, innovativ avropa standartlarına uyğun avadanlıq və dəzgahlar vasitəsi ilə emal olunur və qablaşdırılır. Hər məhsul bütün sanitar norma və qaydalara çox ciddi sürətdə riayət olunaraq, beynəlxalq standartlara uyğun hazırlanır. Məhsulların emalı zamanı qida təhlükəsizliyinə və yüksək keyfiyyət prinsiplərinə nəzarət edirik.

contact

Bizimlə əlaqə

>