Bizim ofisimiz
burada
Müvafiq dili seçın
azruen

DİSTRİBYUTOR



Respublikamızın bütün regionlarına vaxtında çatdırılma

   “Carçıoğlu Group” şirkəti daxili bazarda uzun müddətli, davamlı fəaliyyəti ilə seçilən, eləcə də idxal etdiyi xarici istehsal məhsullarını səmərəli surətdə paylaşdıraraq, müştərilərinin və tərəfdaşlarının hörmət və etibarını qazanmışdır.
   Şirkət paytaxtımızın və respublikanın bütün regionlarını dünyanın 20 ölkəsindən gətirdiyi seçilmiş brendlərlə və 5000-nə yaxın məhsul çeşidləri ilə təmin edir. Biz istehlakçıların hər gün dəyişən tələbatlarını nəzərə alaraq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına çalışırıq. Bizim şirkət iri supermarketlərlə, topdan satış şəbəkələri ilə daima sıx əlaqədə olub, məhsulları satış nöqtələrinə vaxtında çatdırır. Satış nöqtələrimiz hər zaman diqqətlə izlənilir və bölgə müdirləri tərəfindən nəzarətdə saxlanılır.
   Biz hər zaman müştərilərimizin sağlamlığını və rahatlığını düşünüb, onların məmnunluğuna nail olmaq üçün təhlükəsiz qida və yüksək keyfiyyət prinsiplərini əsas tuturuq. 20 illik iş təcrübəmiz qarşıya çıxan bütün maneələri dəf etməyə bizə kömək edir. Məhz bunun nəticəsidir ki, şirkətimiz hal-hazırda güclü texniki bazaya, səriştəli və peşəkar işçi heyətinə malikdir.


   Biz, hər zaman Sizlərə xidmət göstərməkdən məmnunluq duyuruq.
.

contact

Bizimlə əlaqə

>